ABŞ SEPAH-la bağlı məlumat verənlərə 15 milyon dollar mükafat təyin etdi
ABŞ İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) maliyyə şəbəkəsi ilə bağlı məlumat verənlərə 15 milyon dollara qədər mükafat təyin edib.
“SEPAH və onun Qüds qüvvələri kimi tanınan xaricdəki qolu bütün dünyada terror fəaliyyətlərinin dəstəkçiləridir.
SEPAH bu fəaliyyətləri maliyyələşdirmək üçün kölgə şirkətlər və digər proksi qurumlar yaratmaq kimi müxtəlif
maliyyə mexanizmlərindən istifadə edir, ABŞ və beynəlxalq ictimaiyyətin sanksiyalarını pozur”,- “Ədalət üçün mükafat” proqramının paylaşımında bildirilib.
Günaz.TV