Azərbaycanlı fəal Vədud Əsədi həbs olunub

Oktyabrın 30-da təhlükəsizlik məmurları Gilan əyalətinin Rəşt şəhərində yaşayan azərbaycanlı milli fəal Mədud Əsədinin evinə basqın edib.

 

Məmurlar Vədud Əsədini həbs edib, ona aid kompüteri və mobil telefonu müsadirə ediblər. Həmçinin milli fəalın ailə üzvlərinə aid 4 ədəd mobil telefonu özləri ilə aparıblar.

 

Onun həbs səbəbi barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb.

 

Bundan öncə Vədud Əsədi bir neçə dəfə polis tərəfindən həbs olunub və milli-mədəni fəaliyyətlərinə görə təhlükəsizlik məmurlarının təhdidlərinə məruz qalıb.

 

Bununla yanaşı, o, ikinci Qarabağ savaşı zamanı İranın Ermənistana verdiyi dəstəyə etiraz, Azərbaycan Ordusuna dəstək aksiyasında iştirak etdiyinə görə 13 gün müddətinə saxlanılmışdı.

 

Gunaz.TV