Əliyev və Paşinyan Brüsseldə görüşmək barədə razılığa gəliblər
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə danışıqlardan sonra görüşmək barədə razılığa gəliblər.
Bu haqda RİA Novosti Avropa İttifaqının bəyanatına istinadən xəbər verir.
Sənəddə qeyd olunur ki, dekabrın 15-də Brüsseldə Aİ və Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Azərbaycan-Ermənistan sərhədində gərginliyin aradan qaldırılması yollarına dair danışıqlar aparılacaq.
“Məsləhətləşmələr zamanı Ermənistan və Azərbaycan liderləri həmçinin müdafiə nazirləri səviyyəsində insidentlərin qarşısının alınması mexanizmi rolunu oynayacaq birbaşa əlaqə xəttinin yaradılması barədə razılığa gəliblər”, – deyə məlumatda əlavə olunub.
Basta