GündəmManşet

Əli Kərimlinin məhkəməsi başladı

 

AXCP-nin saxta ittihamlarla həbs edilmiş sədri Əli Kərimlinin məhkəmə prosesi başlayıb.

Azadlıq qəzetinin verdiyi məlumata görə, məhkəmənin hazırlıq iclası qapalı keçirilib.

Məlumatda bildirilir ki, müdafiə tərəfinin verdiyi həbs qəti-imkan tədbirinin dəyişdirilməsi, Əli Kərimlinin qəfəsdə deyil, vəkillərin yanında oturması və s. vəsatətlər təmin edilməyib.

Əli Kərimli çıxışında cinayət işinin tamamilə əsassız olmasına istinad edərək onun ləğv olunmasını tələb edib.
Əli Kərimli məhkəmənin qapalı keçirilməsinə etiraz edib və bundan sonra da prosesin qapalı keçiriləcəyi halda, proseslərdə iştirak etmək istəmədiyini bildirib.

Növbəti proses noyabrın 13-nə təyin edilib.