Dörd nəfərdən xəbər yoxdur
Dekabrın 1-də “Saleh Rüstəmova azadlıq” tələbi ilə keçirilən aksiyadan sonra dörd nəfər fəaldan hələ də xəbər yoxdur.
Bu barədə bu gün, dekabrın 2-də onların yaxınları məlumat verib. Onlardan biri gənc fəal Rüstəm İsmayılbəyli, digərləri isə AXCP üzvləri İlham Hüseyn, Səyyad Quliyev və Elxan Əliyevdir.
R.İsmayılbəylinin ailə üzvləri bildirib ki, o, aksiyada iştirak etməmişdi və aksiya bitəndən sonra şəhərin mərkəzində saxlanıb.
AzadlıqRadisunun bildirdiyinə görə, məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, ictimaiyyətə ətraflı məlumat veriləcək.
***
Müsavat Partiyasından əldə etdiyimiz məlumata görə İlham Hüseyn, Elxan Əliyev və Səyyad Quliyev Səbail məhkəməsinə gətirilib. Rüstəm İsmailbəylidən hələ xəbər yoxdur.