Müsavat polisin dinc etirazçılara qarşı zorakılığını pisləyir

Müsavat Partiyası dekabrın 1-də siyasi məhbus Saleh Rüstəmlinin azadlığa buraxılması tələbilə  Bakı şəhərində keçirilən dinc aksiyanın zorakılıqla dağıdılmasını, həbs olunanlara qarşı fiziki xəsarət yetirilməsini qətiyyətlə pisləyir.

 

Müsavatın mətbuat xidmətindən “Basta”ya verilən məlumata gorə, partiya vətəndaşların konstitusiya hüquqlarının pozulmasına, zorakılıqlara son qoyulmasını, Tofiq Yaqublu və digər aksiya iştirakçılarına qarşı işgəncə faktlarının araşdırılması və günahkarların cəzalandırılmasını tələb edir.

 

Qeyd edək ki, Saleh Rüstəmli qanunsuz həbsinə etiraz olaraq artıq 26 gündür aclıq aksiyası keçirir.