ÜST-dən “Delta” və “Omicron”la bağlı xəbərdarlıq
“Delta” və “Omicron” variantlarının birləşməsi Covid-19 yoluxmalarının təhlükəli dalğalarına səbəb ola bilər, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib. ÜST rəhbəri Tedros Adhanom Ghebreyesusun ABŞ və Avropa ölkələrində rekord yeni yoluxma halları haqqında məlumat verərkən belə deyib. Fransa ardıcıl iki gündə 208 min yoluxma ilə Avropanın ən yüksək yoluxma hadisəsinin olduğunu açıqlayıb. Johns Hopkins-ə görə, ABŞ son bir həftə ərzində gündə orta hesabla 265 min hadisənin qeydə alındığını bildirib.Danimarka, Portuqaliya, Böyük Britaniya və Avstraliya da rekord göstəricilər haqqında məlumat yayıb. Polşa çərşənbə günü Covid-ə yoluxma ilə əlaqəli 794 ölümün olduğunu və bunun pandemiyanın dördüncü dalğasında ən yüksək rəqəm olduğunu bəyan edib. Bunların dörddə üçündən çoxu peyvənd olunmamış şəxslərdir.
.
Tədqiqatlar göstərir ki, bir çox ölkələrdə tez bir zamanda dominant hala gələn “Omicron” “Delta” variantından daha yumşaqdır, lakin daha yoluxucudur.
.
Tedros Adhanom Ghebreyesus ümumi yoluxmaların arxasında iki variantın “əkiz təhlükəsi” ola biləcəyi ilə bağlı xəbərdarlıq edib. “Bu, tükənmiş tibb işçilərinə və dağılmaq ərəfəsində olan səhiyyə sistemlərinə böyük təzyiq göstərir və göstərməyə də davam edəcək,” – ÜST rəhbəri əlavə edib.Hazırda dünyada hər gün təxminən 900 min yeni yoluxma halı qeydə alınır, Reuters xəbər verir.
.
Çərşənbə günü ABŞ və Fransa koronavirusun “Omicron” ştammının sürətli yayılmasını və buna görə də virusa yoluxmaların gündəlik sayının artdığını bildiriblər.
.
ABŞ-ın Xəstəliklər və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, ölkədə bazar ertəsi günü 440 mindən çox yeni yoluxma qeydə alınıb.
.
CDC məlumat izləyicisi dekabrın 27-də yoluxma hallarının 441 mindən çox artdığını və bu günə qədər agentliyə bildirilən ən yüksək gündəlik yoluxma olduğunu açıqlayıb.
.
Fransanın Avropada gündəlik yoluxma hallarının sayının ən çox qeydə alındığı ölkə olduğu bildirilib.
.
Çərşənbə axşamı günü bu ölkədə 180 minə yaxın yoluxma qeydə alınıb. Fransanın səhiyyə naziri Olivier Veran deyib ki, vəziyyət yanvarın əvvəlinə qədər gündəlik 250 minədək xəstə görə biləcəklərini nişan verir.
.
İtaliya, Yunanıstan, Portuqaliya və İngiltərədə də çərşənbə axşamı rekord artım qeydə alınıb.
.
Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik Covid statistikası yeniləməsində Omikron ştammının riskinin “çox yüksək olaraq qaldığı” xəbərdarlığı ilə gəlir.
.
Çərşənbə axşamı dərc edilən məlumata əsasən, bütün ştammların yeni Covid infeksiyalarının sayı dekabrın 26-dan əvvəlki həftədə Avropada 57 faiz, Amerikada isə 30 faiz artıb.
.
Tədqiqatlar göstərir ki, “Omicron” variantı Deltadan daha yumşaqdır, yoluxmuş insanların xəstəxanaya düşmə şansı 30-70 faiz aşağıdır.
.
Lakin o narahatçılıq var ki, sürətli yoluxma xəstələrin sayını artıra və bu da xəstəxanaların işini çətinləşdirə bilər.
.
Azərbaycanda üçüncü doza vurulmayan şəxsin Covid pasportu etibardan düşəcək
.
“Vəziyyətimiz sabitdir, amma xahişimiz odur ki, heç kəs düşünməsin artıq pandemiya bitdi və biz qaydalara riayət etməyə bilərik,” – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov çərşənbə axşamı günü keçirilən birifnqdə belə deyib.
.
Aldığı ikinci dozanın müddətinin 6-cı aya yaxınlaşan şəxsləri “təcili olaraq üçüncü dozanı vurdurmağa çağıran” cənab Mövsümov vurğulayıb ki, 6 ayını tamamlamış vaksin pasportlarının üçüncü doza ilə müddəti artırılacaq.
.
Əks halda, bu, vaxtı keçmiş pasport sayılacaq və qapalı məkanlara daxil olmaq mümkün olmayacaq.
.
“Bu məhdudiyyətlər fevralın 15-dən tətbiq olunacaq,”- Şahmar Mövsümov deyib.
.
Dövlət rəsmisinin bildirdiyinə görə, hazırda üçüncü dozanı ikincidən 5 ay sonra vurdurmaq “mümkündür”.
.
Azərbaycanda indiyədək 1 milyon 200 mindən çox vətəndaşın buster doza aldığı bildirilir.
Səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev brifinqdə deyib ki, Azərbaycanda hazırda Omikron ştamına yoluxma olmasa da, qonşu ölkələrdə “Omicron” qeydə alınıb və Azərbaycana keçməsi “an məsələsidir”.
.
“Hazırda məhdudlaşdırıcı tədbirlərə ehtiyac yoxdur: “Əgər ölkədə “Omicron” aşkarlansa və yayılarsa, müəyyən qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərə əl atmalı olacağıq,” – Teymur Musayev vurğulayıb.
.
BBC