Azərbaycanın Ermənistana qaytardığı zabit həbs edildi
Azərbaycanın iki gün əvvəl Ermənistana qaytardığı beş hərbçidən biri – kapitan A.X. fərarilikdə ittiham olunaraq həbs edilib. Bu haqda dekabrın 31-də “Hraparak” qəzeti Ermənistanın Penitensiar Xidmətinə istinadən məlumat yayıb.
Həmin hərbçilər noyabrın 16-da Kəlbəcər istiqamətində baş vermiş hərbi əməliyyat zamanı saxlanılıblar.
Azərbaycanın daha əvvəl qaytardığı 10 hərbçidən 4-ü həbs edilmişdi.
Onlar Ermənistan Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi ilə fərarilikdə ittiham olunurlar.
Ermənistan parlamentinin sədri daha əvvəl açıqlamışdı ki, noyabrın 16-da sərhəddə baş vermiş hərbi insident zamanı Ermənistanın bir qrup hərbçisi Azərbaycan ordusunun əsgərlərindən qorxaraq, öz mövqelərini tərk ediblər. Sonra isə azaraq Azərbaycan əsgərlərinin əlinə keçiblər.
Basta