Azərbaycanda səkkiz nəfər dəm qazından zəhərləndi

Siyəzən rayonunda 18 yaşlı gənc qız dəm qazından zəhərlənib.

 

“Report”un məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü Əsgərova Lamiyə Heydər qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

 

Daha bir zəhərlənmə isə paytaxtda qeydə alınıb. Hadisə Nərimanov rayonunda baş verib. Belə ki, 2006-cı il təvəllüdlü Ağayeva Kamilə Elmar qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

 

Bakının Sabunçu rayonunda da dəm qazından zəhərlənmə hadisəsi baş verib. Zabrat qəsəbəsində 1989-cu il təvəllüdlü Yaqubova Vüsalə İman qızı, Ramana qəsəbəsində 1986-cı il təvəllüdlü Məmmədli Şahnaz Həşim qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

 

Paytaxtın Xəzər rayonunda da dəm qazından zəhərlənmə hadisəsi baş verib. Binə qəsəbəsi Bolluq küçəsində yaşayan 2002-ci il təvəllüdlü Salahov Kamal Camal oğlu və “Südçülük” adlanan ərazidə məskunlaşmış 1990-cı il təvəllüdlü Sayadova Aygün Bayram qızı dəm qazından zəhərləniblər.

 

Abşeronda da dəm qazından zəhərlənmə qeydə alınıb. Hadisə Masazır qəsəbəsində qeydə alınıb. 1995-ci il təvəllüdlü Mahmudova Zəhraxanım Azər qızı və 3 yaşlı övladı Mahmudova Lalə Toğrul qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

 

Zəhərlənənlərin hər biri xəstəxanaya çatdırılıb.

 

Hadisələrin təfərrüatı araşdırılır.