NATO baş katibi: “Avropada real silahlı münaqişə riski var”

“Rusiya ilə ciddi fikir ayrılıqlarımız var, amma bunları müzakirə etməyimiz artıq yaxşıdır. İki il heç danışmadıq. Rusiya NATO-nu genişləndirməməyi və blokun şərq ölkələrindən qoşunlarını çıxarmamağı tələb edir – bu, bizim üçün qəbuledilməzdir”.

 

Bunu, NATO-nun baş katibi Yens Stoltenberg Brüsseldə keçirilən Rusiya-NATO görüşünü şərh edərkən bildirib.

 

NATO təmsilçisi bildirib ki, hər bir ölkə, o cümlədən Ukrayna öz yolunu seçə bilər. Rusiya kimin NATO-ya üzv olacağına, kimin girməyəcəyinə qərar verə bilməz.

 

“NATO müdafiə ittifaqıdır, biz Yuqoslaviyanı məhv etmədik, o, öz-özünə dağıldı, sadəcə olaraq Kosovoya və Bosniyaya vəhşilikləri dayandırmağa gəlmişik. NATO-nun genişlənməsi aqressiya deyil və Rusiya artıq Ukraynaya qarşı aqressiya nümayiş etdirib. Bizim dialoqumuz çətin, lakin zəruridir. Avropada real silahlı münaqişə riski var, ona görə də bugünkü kimi görüşlər vacibdir. Biz münaqişənin qarşısını almaq üçün danışıqlar masasına oturmağa hazırıq. Amma Rusiya güc tətbiq etsə, biz ciddi sanksiyalar tətbiq edəcəyik” .