Rusiya öz diplomatlarını Ukraynadan çıxarır – NYT

Rusiyanın Kiyev və Lvovdakı konsulluqlarında  çalışan diplomatlara Ukrayna ərazisini tərk etməyə hazırlaşmaq əmri verilib.

 

Bu barədə “The New York Times” Ukrayna Təhlükəsizlik Xidmətinin yüksək vəzifəli rəsmisinə istinadən yazır.

 

Nəşrin məlumatına görə, yanvarın 5-də əksəriyyəti rusiyalı diplomatların uşaqları və arvadları olan 18 nəfər avtobuslara minərək Moskvaya gedib. Onların ardınca Rusiya diplomatik missiyalarının daha 30-a yaxın əməkdaşı ölkəni tərk edib. Qalanlarına yola düşməyə hazırlaşmaq əmri verilib.

 

Diplomatların çıxarılması, Rusiyanın Ukrayna sərhədlərinə qoşun yeritməsindən sonra yaranan gərginliklə əlaqələndirilir. Bəzi iddialara görə, Rusiya fevral ayından gec olmayaraq Ukraynaya qoşun yeridəcək.

 

Ehtimal olunur ki, Rusiya Ukraynaya qarşı müharibəyə hazırlaşdığı üçün öz diplomatlarını ölkədən çıxarır. Başqa bir versiyaya görə isə Kreml sadəcə belə bir görüntü yaratmağa  çalışır.

 

Qeyd edək ki, NATO rəsmiləri Moskvanın təhdidlərinə rəğmən Ukrayna və Gürcüstanın alyansa qəbul olunacağını bildiriblər.

 

Basta