“Pensiyaçılara günə 50 qəpiklik yardım etmək, onları dilənçi yerinə qoymaqdır”

“Pensiyanın artım faizi inflyasiyanın faizindən az olması pensiyaçının sosial şəraitinin pisləşməsinin göstəricisidir. Bunu hakimiyyətdəkilər də anlaya bilib. O səbəbdən pensioneri aldatmaq yolu tutulub. 12 ay üçün 200 manat yardım ayrılıb. Hər gününə 50 qəpik yardım ayrılıb. Təhqiramiz münasibətdir. İnsanları aşağılayan qərardır. Hamını dilənçi hesab etməkdir. Cəmiyyəti sındırmaq siyasətidir”.

 

Bunu Müsavatın Məclis üzvü, keçmiş siyasi məhbus Akif Bədirli özünün feysbuk hesabında  yazıb.

“Dövləti idarə edənlərin özlərini saxta xeyriyyəçi rolunda göstərməsi normal hal sayılmaz”- deyə, müsavatçı əlavə edib.

 

Basta