190 manat yardım yeni ilə qədər ödənilə bilər

Azərbaycanda bu gündən 18 yanvaradək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək, SMS icazə sistemi yenidən tətbiq ediləcək.

 

Nazirlər Kabineti həmçinin qərar verib ki, ölkə üzrə xüsusi karantin rejiminin müddəti gələn ilin yanvarın 31-dək uzadılacaq.

 

Sərt karantin dövründə NK-nin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılır.

 

Restoran, çayxana və kafelər kimi ictimai iaşə obyektləri və ticarət obyektləri müştərilərə yalnız çatdırma xidmətləri göstərə bilər və ya onlayn satışa icazə verilir.

 

14 dekabrdan 18 yanvaradək əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcək. Eyni zamanda zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara yardım edilməsi nəzərdə tutulur, NK-nın qərarında bildirilir.

 

Bu vəsaitlərin yeni təqvim ilinə qədər ödəniləcəyi proqnozlaşdırılır.

 

Basta