Ukraynada vəziyyət dəyişdi: Diplomatlar və xaricı dövlətlərin vətəndaşları ölkəni təcili tərk edir

Avropa İttifaqının Ukraynadakı nümayəndəliyinin rəhbəri Matti Maasikas təcili olaraq Kiyevi tərk edir. O,  və  tabeliyində olan on nəfər  Brüsselə qayıdır. “Azadlıq” radiosunun Aİ diplomatik dairələrindəki mənbələrə istinadən yaydığı məlumata görə,  bu gün günortadan sonra Avropa rəsmisi Peter Stano jurnalistləri əmin edib ki, Brüsselin belə planları yoxdur.

 

Amma axşama doğru vəziyyət dəyişib.

 

“Nastiyasheye vremya”  kanalının  müxbiri Stano ilə əlaqə saxlayıb və o, heyətin, o cümlədən nümayəndə heyətinin rəhbərinin Ukraynadan getdiyini təsdiqləyib.

 

Cümə günü, fevralın 11-də Yaponiya, Hollandiya, Monteneqro, Latviya və Estoniya hakimiyyəti Rusiya ilə sərhəddəki vəziyyətlə əlaqədar öz vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edib.

İsrail səfirlik işçilərinin ailələrini təxliyə edir.

 

Bir gün əvvəl ABŞ prezidenti Co Bayden Amerika vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırıb və ölkədəki vəziyyətin “çox tez dəyişə biləcəyi” barədə xəbərdarlıq edib.

 

Basta