Bu əqidədir, bu isə deyil
Mustafa Hacıbəyli
Əqidə – kimlərinsə populyar olduğu gün özünü onların tərəfdarı kimi təqdim etmək deyil.
Məsələn, adamlar var ki, özlərini müsavatçı kimi təqdim ediblər, amma müsavatçılıq hədəfə gələndə, müdafiə əvəzinə özləri də hədəfə alıblar.
Əqidə – mənsub olduğun ideologiyanın ən çox hücuma məruz qaldığı gündə, ona sahib çıxmaqdır, mənsub olduğun əqidəyə hücum edənlərə cavab verməkdir.
Başqa bir misal: heç vaxt icazəsiz mitinqdə, yaxud seçki komissiyasında saxtakar komissiya sədrləri ilə dava edərkən yanımızda görmədiyimiz adamlar özlərini Elçibəyçi kimi göstərir. Onlar nə Elçibəyin rəhbərlik etdiyi AXC-nin, Demkonqresin üzvü olublar, nə də bir dəfə Elçibəyin çağırışı ilə mitinqə, seçkiyə gediblər. Amma indi Elçibəyi bizdən “qoruyurlar”. Bu, əqidə deyil.
Basta