Müharibə başlayır – Donetsk və Luqanskda hərbi səfərbərlik elan olundu
Donetskdəki separatçı rejimin rəhbəri Denis Puşilin ümumi səfərbərlik haqqında fərman imzaladığını açıqlayıb.
“Mən ehtiyatda olan həmvətənlərimizi hərbi komissarlıqlara gəlməyə çağırıram. Bu gün ümumi səfərbərlik haqqında fərman imzaladım. Mən respublikanın əlində silah tutmağı bacaran, ailəsinin, övladının, arvadının, anasının müdafiəsinə qalxan bütün kişilərə müraciət edirəm. Hamımız üçün arzu olunan və lazım olan qələbəni birlikdə əldə edəcəyik” – Puşilin belə deyib.
Donetsk Xəbər Agentliyi qeyd edir ki, Puşilin həmçinin “Silahlı Qüvvələrin, digər hərbi birləşmələrin və orqanların ehtiyacları üçün avadanlıq tədarük etmək qərarına gəlib”.
“Meduza”nın məlumatına görə bu gün həmçinin Luqanskda hərbi səfərbərlik elan edilib.
2021-ci ilin payızından Rusiya Ukrayna ilə həmsərhəd bölgələrdə qoşun yeridir. Ağ Ev sərhəddə təxminən 150 min rus əsgərinin olduğunu təxmin edir. ABŞ və digər Qərb ölkələri Rusiyanın Ukraynaya işğala hazırlaşmasından ehtiyat edir, rəsmi Moskva bunu inkar edir.
Fevralın 17-dən başlayaraq təmas xəttində atşmalar çoxalıb, tərəflər bir birini atəşkəsi pozmaqda ittiham edir.
Bu arada Rusiya prezidenti Vladimir Putin Rostov vilayətinə DXR və LPR-dən gələn hər bir şəxsə 10 min rubl verilməsi barədə göstəriş verib. Rostov vilayətinin federal büdcəsindən beş milyard rubl ayrılıb, ödənişlər fevralın 20-də başlayacaq.
Basta