Fərəc Kərimli: “Manaf Ağayevi həbs edib Qarabağa qayıtmaq istəyənlərə gözdağı verirlər”

“Baxıram xeyli adam Manaf Ağayevin 15 sutkalıq həbsini lağlağıya çevirib. Bəziləri də əsas məsələ qalıb kənarda, maşınını müzakirə edir. Manafı sevməyə bilərsiniz, özü də lap elə deyək ki, çox pis adamdır, amma adam öz doğulduğu torpağa getdiyi üçün həbs edilib”.

 

Bunu Müsavat başqanının müavini Fərc Kərimli özünün feysbuk hesabında yazıb.

 

“Bu məsələ bilirsiniz nədir? İcazəsiz o rayonlara yüzlərlə adam gedir, istəsələr onları da həbs edərlər. Sadəcə Manaf ölkədə tanınmış adamdır, bilirlər həbsi müzakirəyə səbəb olacaq. Ona görə də onu həbs edib azad olunmuş torpaqlara qayıtmaq istəyən insanlara gözdağı verirlər, insanları iyrəndirmək istəyirlər. Yoxsa Manaf Ağayev Əliyev rejimi üçün orda taxıl əkib-biçənlərdən, başqa işlər görənlərdən əskik adam deyil” – deyə Fərəc Kərimli əlavə edib.

 

Basta