Arif Hacılı: “Bu, Azərbaycanın gələcəyi yolunda qoyulmuş atom bombasıdır”
- Xankəndi ətrafında 16 mərtəbəli yaşayış binaları tikilir.
- Xocalıda da hündürmərtəbəli yaşayış binalarının tikintisi davam edir.
- Burada xilaskar rus əsgərinin abidəsi ucaldılıb.
- Sülhməramlı qüvvələrin 1960 nəfərdən ibarət olması barədə razılaşmaya
baxmayaraq Yuxarı Qarabağ ərazisində 10 minədək hərbi qulluqçunun yerləşdirilməsini nəzərdə tutan hərbi mərkəzlər yaradılır. - Rusiya Yuxarı Qarabağda nəzarəti altında olan bütün ərazilərdə yollar çəkir, müasir kommunikasiya sistemləri qurur.
- Ermənistan kəndlərinin əhalisi Yuxarı Qarabağa köçürülür.
- Xankəndidə rus icmasının yaradılması Rusiynın ucqarlarından da buraya əhalinin köçürülməsi niyyətindən xəbər verir.
- Dövlət və siyasət xadimləri, jurnalistlər də daxil olmaqla Azərbaycan və Türkiyə tərəfindən heç kəs Yuxarı Qarabağ ərazisinə buraxılmır.
- Rusiyanın rəsmi saytının yerli qurumu olan “Sputnik Armeniya”
«Арцах это Армения» şüarını manşetə çıxarır. - Qondarma “Artsax Məclisi” Şuşanı, Hadrutu işğal zonaları adlandıraraq bu ərazilər barədə qanun qəbul edir.
- Suqovuşandan Kəlbəcərə gedən maşın karvanımız erməni separatçıları tərəfindən geri qaytarılır.
- Rusiya XİN sözçüsü Zaxarova Yuxarı Qarabağa aid bütün səlahiyyətlərin Rusiya hərbi qüvvələrinə aid olduğunu açıq şəkildə bəyan edir…
Bütün bunlara göz yuman Azərbaycan hakimiyyəti isə gücünü öz vətəndaşlarına göstərir. Dədə-baba yurdlarına gedənlərin yolunu kəsir, hədələyir, həbs edir.
Status ölməyib, gorbagor olmayıb.
Əksinə, Yuxarı Qarabağın hərbi, iqtisadi və digər sahələrdə potensial baxımından Azərbaycandan çox geridə qalan Ermənistanın nəzarəti altından qismən çıxaraq regionun əsas güc mərkəzi olan Rusiyanın nəzarətinə keçməsi burada mövcud olan qondarma rejimin möhkəmlənməsi və öz separatçı fəaliyyətini daha inamla sürdürməsi üçün əlavə resurslar əldə etməsi ilə nəticələnib.
İndi Yuxarı Qarabağda baş verənlər Azərbaycanın gələcəyi yolunda qoyulmuş mina yox, atom bombasıdır.
Əgər vaxtında zərərsizləşdirilməsə hökmən partlayacaq!
.
Yazı Müsavat Partiyasının başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.
.
Basta