Rusiyanın iki hərbçisi Ukraynada əsir götürüldü – Video

Rusiyanın 11-ci hava-desant hücum briqadasının kapitanı Mixoyev və kapral Kasatkin Ukrayna hərbçiləri tərəfindən əsir götürülüb.

 

Ukrayna mediasında həmin əsirlərin dindirilməsini əks etdirən video yayılıb.

 

Əsirlər bildiriblər ki, onlar işğal altındakı Krımda hərbi təlimlərdə iştirak ediblər. Sonra isə hərbi əməliyyata cəlb olunublar.

 

Əsirlərin sözlərinə görə, onlar hara uçduqlarını bilməyiblər, yerə endikdən sonra da harada olduqlarını başa düşməyiblər.

 

 

Fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Hücumun ilk günü Ukrayna tərəfdən 137 nəfər həlak olub.

 

Basta