Rüstəm Muradov öz milli mənsubiyyətini açıqladı
Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı öz mili mənsubiyyətini açıqlayıb.
RİA Novosti xəbər verir ki, general-leytenant Rüstəm Muradov milliyyətcə Tabasaran olduğunu və münaqişədə iştirak edən millətlərə aid olmadığını söyləyib.
“Milliyyətimə gəldikdə, hər kəs bu qədər maraqlanırsa, mən Dağıstan Respublikasında anadan olmuşam, milliyyətcə Tabasaranam, qonşu dövlətlə milliyyətcə heç bir əlaqəm yoxdur” dedi Muradov Müdafiə Nazirliyinin şənbə günü yaydığı videoda.
Muradovun qeyd edib kiz onun üçün milliyyət anlayışı yoxdur, münaqişə bölgəsində hərbi borcunu yerinə yetirir.
“Mən Rusiya Federasiyasının vətəndaşıyam, Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbçisiyəm … və mənim üçün Rusiya Federasiyasının qanunları, xüsusən də Rusiya Federasiyası Silahlı Qüvvələri Ali Komandanı, Müdafiə Naziri və rəislərimin bütün fərman və sərəncamları icra əmridir. Mənim üçün bir zabit olaraq milliyət yoxdur. Tapşırıqları nəzərdə tutulduğu kimi yerinə yetirirəm ” – deyə Muradov əlavə edib.
Qeyd edək ki, Rüstəm Muradovun milliyətcə azərbaycanlı olduğu haqda məlumatlar yayılmışdı.
Basta