Kiyevə doğru gedən rus tankları İvankov yaxınlığında dayandırıldı
Fevralın 25-də Rusiya Silahlı Qüvvələri Ukrayna paytaxtı Kiyevə yenidən hücum edib. Səhər saat 5 radələrində şəhər yaxınlığında 6 ballistik raket partlayıb.
Kiyevə doğru irəliləyən rus qoşunları Ukrayna ordusunun müqaviməti ilə üzləşib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, Rusiya tankları Kiyevə doğru irəliləyir, lakin İvankov yaxınlığında döyüş başlayıb.
Ukrayna qüvvələri rus karvanını dayandırmaq üçün körpünü partladıb.
Rusiyanın iki hərbçisi Ukraynada əsir götürüldü – Video
Rusiyanın 11-ci hava-desant hücum briqadasının kapitanı Mixoyev və kapral Kasatkin Ukrayna hərbçiləri tərəfindən əsir götürülüb.
Ukrayna mediasında həmin əsirlərin dindirilməsini əks etdirən video yayılıb.
Əsirlər bildiriblər ki, onlar işğal altındakı Krımda hərbi təlimlərdə iştirak ediblər. Sonra isə hərbi əməliyyata cəlb olunublar.
Əsirlərin sözlərinə görə, onlar hara uçduqlarını bilməyiblər, yerə endikdən sonra da harada olduqlarını başa düşməyiblər.
Fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynaya qarşı geniş miqyaslı hərbi əməliyyatlara başlayıb. Hücumun ilk günü Ukrayna tərəfdən 137 nəfər həlak olub.
Basta