Müsavat başqanından Ukrayna səfirinə dəstək məktubu

Müsavat Partiyasının başqanl Arif Hacılı Ukraynanın Azərbaycandakı səfiri
Vladislav Konevskiyə dəstək məktubu yazıb.

 

Fevralın 25-də səfirliyə təqdim olunan məktubda deyilir:

 

“Hörmətli cənab səfir!

 

Ukraynada bu günlərdə baş verən faciəli hadisələri ürək ağrısı ilə izləyirik. 44 günlük Vətən müharibəsi zamanı Ukrayna dövlətinin və xalqının Azərbaycana verdiyi dəstək heç vaxt unudulmayacaq.

Rusiyanın işğalçı siyasətini qətiyyətlə pisləyir, Ukrayna xalqının öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəsini dəstəkləyirik.

Bütün konfliktərin beynəlxalq hüquq çərçivəsində, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında həllinə tərəfdarıq.
Bu haqq işində Ukrayna xalqınının yanındayıq.

 

Slava Ukraini!
Slava qeroyam!

 

Hörmətlə, Arif Hacılı
Müsavat Partiyasının başqanı”