Putinin növbəsi çatdı: Bank hesabları dondurulacaq

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq bildirib ki, Aİ ölkələri Rusiya əleyhinə yeni sanksiyalar paketinin bir hissəsi olaraq Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı məhdudiyyətlər tətbiq etmək barədə razılığa gəliblər.

Onun sözlərinə görə, Brüssel onların bank hesablarını donduracaq.

 

“Lakin onların ölkəyə girişinə qadağa qoyulmayacaq, çünki biz Ukraynada zorakılığa son qoymaq üçün danışıqlar imkanını saxlamaq istəyirik”, – Şallenberq Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl deyib.

 

Bundan sonra Qərb ölkələri daha bir paket təqdim etdilər.  Bu paket əsasən bank sektoruna və Rusiyanın iri iş adamlarına və dövlət məmurlarına aiddir.

 

Basta