Bu gecə Rusiya yenidən Kiyevin müdafiəsini yarmağa cəhd edib
Rusiyanın işğalçı qoşunlarının Ukrayna paytaxtını tutmaq üçün bütün cəhdləri uğursuzluğa düçar olub.
Fevralın 28-də günün əvvəlindən düşmən Kiyevin müdafiəsini yarmaq cəhdini davam etdirib. Rusiya qoşunlarının kolonnaları paytaxtın kənarına basqın etməyə cəhd edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları məlumat yayıb.
“Rusiya işğalçı qüvvələrinin məqsədə çatmaq üçün bütün cəhdləri uğursuzluqla nəticələnib. İşğalçının texnikasının kolonnaları sıradan çıxarılıb. Düşmən xeyli şəxsi heyət itkisi verib. Rus qoşunları ruhdan düşüb, taqətdən düşüb. Biz evimizi çağırılmamış qonaqlardan qoruya biləcəyimizi göstərmişik ”, – deyə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı – Kiyevin müdafiə komandanı, general-polkovnik Aleksandr Sırski bildirib.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya hücum edib, indi Kiyev uğrunda şiddətli döyüşlər gedir.
Basta