Qarabağ üç gündür qazsız qalıb
Martın 8-də axşam Şuşa şəhəri yaxınlığında Ermənistandan Qarabağa qaz tədarükünün həyata keçirildiyi qaz kəməri zədələnib. Ermənistan tərəfi bunda Azərbaycanı ittiham edib. Qarabağ separatçıların iddiasına görə, Azərbaycan hərbiçiləri qaz kəmərini bərpa etməyə imkan vermirlər.
Erməni əhali mənzilləri isitmək üçün elektrikli isidicilərdən istifadə edir, amma elektrik şəbəkələri yükə tab gətirmir, saatlarla sönür.
Qaz olmadığına görə çörək sexləri bağlanıb və məktəblərdə dərslər ixtisar edilib. Praktiki olaraq, internet yoxdur.
Ermənilərin iddiasına görə, sülhməramlılar Azərnbaycan tərəfi qaz kəmərini bərpa etməyə razılaşdıra bilmir, buna cavab olaraq sülhməramlılar Azərbaycan qafilələrini Qarabağa buraxmaqdan imtina ediblər.
Azərbaycan Müdafiə Nazirliyi və XİN hələlik bu məlumatlarla bağlı şərh verməyib
Basta