Putinin məşuqəsinin İsveçrədən qovulması tələb olunur: “Eva Braunu fürerlə birləşdirin”
Rusiya, Belarus və Ukraynadan olan fəallar Kabayevanın ölkədən çıxarılmasını tələb edən petisiya yaradıblar.
KİV-in məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin məşuqəsi olan rusiyalı gimnast Alina Kabaeva fəalların hədəfinə gəlib. Onun uşaqları ilə birgə “sığındığı” İsveçrədən qovulması tələb olunur.
Fəallar change.org saytında “İsveçrə, niyə Putin rejiminin əlaltılarına sığınacaq verdin?!” adlı petisiya yaradıblar.
Petisiyada keçmiş gimnast “Eva Braun” (Hitlerin məşuqəsi), Putin isə “Fürer” oparaq adlandırılıb.
“Ukraynaya hücum təşkil edən dəli diktator və hərbi cinayətkar Putinin sevimlisi, Rusiya siyasi və media sferasının bədnam siması, keçmiş peşəkar idmançı Alina Kabaeva Putin və onun ətrafına qarşı sanksiyalardan yayınıb” – deyə, fəallar bildirib.
Petisiyanın müəllifləri qeyd ediblər ki, İsveçrə müasir tarixdə ilk dəfə olaraq öz neytrallığını pozaraq Putinə qarşı sanksiyalara qoşulub. Lakin onun məşuqəsi bu ölkədə gizlənməkdə davam edir.
“Xatırlatmaq istərdik ki, xanım Alina Kabaeva sadəcə Rusiya diktatoru ilə əlaqəsi olan sadə qadın deyil, həm də bəşəriyyətə qarşı cinayətkardır…. Alina Kabaeva bu müharibəni dəstəkləyir və onu aqressiya kimi qiymətləndirmir.
Basta