Müsavat başqanı Brüsselə dəvət olundu

Arif Hacılı Avropa Parlamenti fraksiyasının Ukrayna ilə bağlı müzakirələrində iştirak edəcək

 

 

Martın 24-də Brüsseldə Avropanın 70-dən çox siyasi partiyasını birləşdirən Avropa Liberal Demokrat İttifaqı (ALDE) qrupunun Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar xüsusi toplantısı keçiriləcək.

Müsavat Partiyasının başqanı bu müzakirələrdə iştirak üçün dəvət olunub.

 

Arif Hacılı bu müzakirələrdə iştirak edəcək.

 

“Əgər texniki məsələri bu qısa müddətdə həll etmək mümkün olsa Brüsselə getmək, əks halda müzakirələrə onlayn formatda qatılmaq niyyətindəyəm”- deyə, Arif Hacılı əməkdaşımıza bildirib.

 

Qeyd edək ki, ALDE Avropa Parlamentinin ən böyük fraksiyalarından biridir.

 

Basta