Ruslar özlərini yaralamaq üçün Ukrayna patronları axtarır – Səs yazısı

Ruslar özlərini yaralamaq üçün Ukrayna patronları axtarırlar – Səs yazısı

Ukraynada hərbi əməliyyatlarda iştirak edən Rusiya əsgərləri özlərinin yaralayaraq hospitala düşmək və bu yolla ölümdən qurtarmaq üçün Ukrayna patronları axtarırlar.

 

Bunu Ukrayna Təhlükəsizlik Xidmətinin ələ keçirdiyi telefon danışığı sübut edir.

 

Anası ilə telefon danışığında Rusiya hərbçisi bu sözləri deyib: “Sənə bir sirr açım… Bir-birimizin ayağını 7,62 Ukrayna patronu ilə vurub Budenovskdakı xəstəxanaya qayıtmaq istəyirdik…”.

 

İşğalçının sözlərinə görə, o, döyüş meydanından qaçmaq arzusundadır, çünki ölənlər çoxdur. Onun briqadasının qalan hissəsi indi Nikolayev vilayətində yerləşdirilib.

 

“Bizim briqadadan 120 nəfər yaralı olaraq xəstəxanaya göndərilib… Daha 320 nəfər yaralanıb və 350 nəfər – “200-lük yük” olub (ölüb – red.)” , – rusiyalı hərbçi əlavə edib və briqadasının döyüşə hazır olmadığını etiraf edib.

 

 

Qeyd edək ki,  Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı işğalın başlamasından sonra 14 min rusiyalının məhv edildiyini bəyan edib.

 

Basta