Xankəndinin qaz kəmərinin Azərbaycan tərəfindən təmir edilməsi Ermənistan üçün bir mesajdır – “Hraparak”
Xankəndinin qaz təchizatı bərpa olunub. Bu haqda Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. Qeyd edək ki, martın 7-dən 8-nə keçən gecə Ermənistan Respublikasından Xankəndiyə daxil olan qaz kəmərinin zədələnməsi ilə əlaqədar Azərbaycanın işğal altında qalan ərazisinə qaz verilişi dayandırılmışdı.
Məlumatda bildirilir ki, qaz kəmərinin zədələnmiş hissəsi Azərbaycan silahlı qüvvələrinin nəzarəti altında olub. Ermənistan tərəfi Rusiya “sülhməramlı” qüvvələrinin vasitəçiliyi ilə qaz kəmərinin təmiri ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparılıb. Qəzetin yazdığına görə, Azərbaycan tərəfi zədələnmiş qaz kəmərini bərpa etməyə başlayıb.
“Əgər rəsmi Bakı üçün Ermənistan hökumətinin dəyəri olsaydı, qaz kəmərinin bərpasını Rusiya sülhməramlılarının nəzarəti altında da olsa, erməni tərəfi həyata keçirəcəkdi. Amma bu baş vermədi. Ona görə də deyə bilərik ki, Rusiya-Azərbaycan danışıqları nəticəsində bərpa məsələsi həll olunub. Azərbaycan tərəfinin bu qaz kəmərini bərpa etməsini ciddi və simvolik bir mesajdır… Bu, o deməkdir ki, rus sülhməramlılarının məsuliyyəti altında olan və ermənilərin sıx məskunlaşdığı Qarabağ ərazilərində insanların normal yaşayışı üçün əsas problemləri Azərbaycan özü həll edəcək, çünki Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan insanlar onun vətəndaşıdır. Yəni bir daha vurğulayır ki, beynəlxalq hüquqda Qarabağın statusu məsələsi həll olunana qədər Qarabağ Azərbaycandır”, – deyə, “Hraparak” qəzeti nəticə çaxarır.
Basta