Ukrayna ordusu əks-hücuma keçir – Makarov qəsəbəsi azad edildi

 

Kiyev vilayətinin Buça rayonundakı Makarov yaşayış məntəqəsi (şəhər tipli qəsəbə) işğalçılardan azad edilib.

 

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı  məlumat verib.

 

“Gün ərzində müdafiəçilərimizin qəhrəmanlığı sayəsində Makarov üzərində Ukraynanın dövlət bayrağı qaldırılıb, düşmən geri çəkilib”, – məlumatda deyilir.

 

Ukrayna ordusunun Nikolayev şəhəri yaxınlığında da irəlilədiyi bildirilir.

 

Basta