“Ölən qonşu qadından iy gəlməyə başladı”
Mariupol dəhşətləri şahidlərin gözü ilə
Bu, 16 yaşlı Mariupol sakini Katyanın gündəliyindən çıxarışlardır. Hazırda o, təxliyə olunub. Biz buna oxşar sətirləri Leninqrad blokadası haqqında yazılan gündəliklərdə, Anna Frankın gündəliyində oxumuşduq. 2022-ci ildə bu cür vəhşiliklərin olması təsəvvür etmək belə çətindir.
Qeyd: çox adam rus dilini bilmir deyə, tərcüməni yazıram.
“Biz eyni zirzəmidə həm, yatır, həm tualetə gedir, həm də yemək qalıqlarını yeyirdik. Bir dəfə Kolya əmi göyərçin tutdu. Bu, blokadanın 5-ci və ya 6-cı günü olub. Biz onu qızardıb yemişik, sonra isə hamımız qusurduq”.
***
“Qonşu qadın öləndə biz onu bayıra çıxara bilmirdik və ondan iy gəlməyə başladı. Sonra ara sakitləşdi və Kolya əmi onu çölə çıxartdı, özü isə minaya düşdü. Anam çox ağlayırdı. Atamın ölümündən sonra Kolya əmi bizə ən yaxın adam idi. Cəsədlət elə iy verir ki… Onlar orada hər yerdə idi. Mən qardaşımın gözlərini anamın şərfi ilə bağladım ki, bütün bunları görməsin”.
***
“Anam axıra kimi dözürdü, amma təxliyəyə 3 gün qalmış öldü. Mən qardaşıma anamızın dərin yuxuya getdiyini və onu oyatmaq lazım olmadığını dedim. Amma deyəsən o, hər şeyi başa düşdü”.
***
“Ağrı hissi sizə tanışdı? Mən bir vaxtlar oğlanı sevirdim, o isə məni yox və mən düşünürdüm ki, bu ağrıdır. Amma məlum oldu ki, ağrı ananın gözün qarşısında can verməyidir. Qardaşın isə durmadan ona yaxınaşıb “anacan, yatma, donarsan” deyir. Və biz heç vaxt onun qəbrini ziyarət edə bilməyəcəyik. O, qaranlıq və nəm zirzəmidə qalıb”.
***
“Rusiyaya nifrət edirəm. Doğma dayım ordadır. Bilirsiz o bu gün telefonda mənə nə deyib? “Kim? Hansı Katya? Ay qız, mən səni tanımıram. Nə müharibə, nə Katya?” Sonra isə başqa nömrədən yazıb bəs, “Katyacan, yazma mənə. Mənim və ailəm üçün bu çox təhlükəlidir. Ananı isə qaytarmaq mümkün deyil”. Mən onlara nifrət edirəm. Axı, bu onun doğma bacısı idi!”
***
” …bilirsiz, düşünürəm ki, nə vaxtsa Mariupola qayıdacam. Və həmin yerdə yaşayacam. Və hər dəfə eyni gündə təzə evin zirzəmiyə düşüb güllər qoyacam”…
Tatyana Kryuçkina