Üçtərəfli görüşdə razılaşma əldə olunub

Brüsseldə Azərbaycanın dövlət başçısı İlham Əliyev, Ermənistanın  baş naziri Nikol Paşinyan və Avropa İttifaqının prezidenti Şarl Mişel arasında üçtərəfli görüş keçirilib.

 

Görüşdə 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarla, habelə dekabrın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşdə əldə olunmuş razılaşmaların icrası ilə bağlı məsələlər müzakirə edilib.

 

Ermənistan mediasının məlumatına görə, görüşün nəticəsi olaraq  aprelin sonuna kimi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya yaradılacaq, onun üzərinə sərhəddə təhlükəsizliyin və sabitliyin təmin edilməsi həvalə olunacaq.

 

Ermənistanın baş naziri və Azərbaycan prezidenti xarici işlər nazirlərinə iki ölkə arasında sülh danışıqlarına hazırlığa başlamağı tapşırıblar.

 

Qeyd edək ki, sərhədlərin delimitasiyası üzrə komissiyanın hələ 2021-ci ildə yaradılması nəzərdə tutulurdu.

 

Basta