Müsavat Divanının gündəliyi

İyunun 12-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, Məclisin sədri Nüşabə Sadıxlının sədrliyi ilə keçirilən iclasda əvvəlcə Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlər barədə məlumat verib.

İclasda təşkilati məsələlər müzakirə olunub və müvafiq tapşırıqlar verilib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşün rəsmi Bakının təşəbbüsü ilə təxirə salınmasının gerçək səbəbi haqda ictimaiyyətə məlumat verilməsi hakimiyyətdən tələb edilib. Yerevanla danışıqların Rusiyanın vasitəçiliyi olmadan keçirilməsinin ölkəmizin maraqlarına uyğun olduğu bir daha vurğulanıb.

Ukraynada Rusiya tərəfindən işğal edilən ərazilərin azad edilməsi istiqamətində başlanan hərbi əməlliyyatlar və regionda baş verən digər hadisələr barədə fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.

Basta