Fransada keçirilən prezident seçkilərində Makron öndədir – Yenilənib
Fransanın hazırkı prezidenti Emmanuel Makron səslərin 90 faizinin hesablanmasından sonra prezident seçkilərinin birinci turunda 27,40 faiz səslə liderdir.
Ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen isə 25,05 faiz səs toplayıb.
Eyni zamanda, ölkənin paytaxt bölgəsində bülletenlərin 45 faizini emal etdikdən sonra Makron 30,41 faiz səslə öndədir.
Fransızlar dövlət başçısını beş il müddətinə seçirlər. Namizədlərdən heç biri birinci turda mütləq səs çoxluğu (50% üstəgəl bir səs) əldə etmədikdə, ikinci tur keçiriləcək.
İkinci tur aprelin 24-nə planlaşdırılıb.
***
Fransanın indiki prezidenti Emanuel Makron seçkilərin ilk turunda ifrat sağçı namizəd Marin Le Peni qabaqlayaraq 28,6% səs toplayıb.
“European Pravda”nın Figaro-ya istinadən verdiyi məlumata görə, bunu Ifop-Fiducial-ın keçirdiyi exit-poll göstərir.
Onun sözlərinə görə, ilk turda Emmanuel Makron 28,6%, Le Pen isə 23,9% səs toplayıb. Onların hər ikisi aprelin 24-də keçiriləcək ikinci turda üz-üzə gələcək.
Ultra solçu namizəd Jan-Luc Mélenchon Le Penə yaxınlaşıb – ona 20,2% səs verib.
Rusiya prezidenti Vladimir Putinlə dost olan ifrat sağçı namizəd Erik Zemur cəmi 6,8% səs toplayıb.
Respublikaçı namizəd, Qarabağa qanunsuz səfər etmiş Valeri Pekress isə daha az – 4,6% toplayıb.
Xatırladaq ki, sorğulara görə, Makronun ikinci turda 47%-ə qarşı 53% göstərici ilə Le Pen üzərində qələbə qazanacağı proqnozlaşdırılır.
Basta