İtaliyada “Putinin yaxtası” həbs edildi
İtaliya hakimiyyəti Marina di Karrara limanında sahibinin Rusiya prezidenti Vladimir Putin olduğu güman edilən 140 metrlik “Şehrazada” superyaxtasını həbs edib.
Bu haqda “Forbes” jurnalı İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin press-relizində deyilir ki, İtaliya maliyyə polisi tərəfindən aparılan araşdırma gəminin Avropa Birliyinin sanksiyalarına məruz qalan Rusiyanın yüksək rütbəli dövlət məmurları və şəxsləri ilə “əhəmiyyətli iqtisadi və işgüzar dairələrinə” aid olduğunu aşkar edib.
Təhlükəsizlik Komitəsinin təklifi ilə İqtisadiyyat və Maliyyə Nazirliyi “uzun müddətdir ki, hakimiyyət orqanları tərəfindən ciddi nəzarət altında olan” “Şehrazada” yaxtasının həbsinə göstəriş verib.
İtaliya nazirliyinin məlumatına görə, yaxta sahiblərinin hərəkətləri “Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə xələl gətirir və ya təhlükə yaradır”.
Daha əvvəl Navalnının tərəfdarları Putinin 140 metrlik yaxtası haqqında sənədlər əldə ediblər.
Daha sonra “Ukrayinska Pravda” Putinin yaxtasının marşrutlarını öyrənib.
Fevralın 7-də Almaniyanın “Bild” nəşri Rusiya prezidenti Vladimir Putinə məxsus “Graceful” adlı dəbdəbəli yaxtanın müsadirə olunmaması üçün Hamburq limanından çıxarıldığını bildirib.
Martın əvvəlində Almaniya hakimiyyəti Hamburqda Aİ sanksiyalarına düşən rusiyalı milyarderlər Əlişir Usmanovun, rusiyalı oliqarxlar Aleksey Mordaşovun və Gennadi Timçenkonun yaxtalarını həbs edib.
Basta