Arif Hacılı Ukraynaya qarşı müharibənin Rusiyaya “faydalarından” yazdı
Rusiyanın Ukraynaya qarşı təcavüzünün 73-cü günüdür.
Hələ müharibə başa çatmayıb, amma bir çox nəticələr artıq məlumdur.
Putin müharibəni NATO nun Rusiya sərhədlərinə daha da yaxınlaşmasının qarşısını almaq məqsədilə başlatdığını bəyan etmişdi.
Müharibənin getdiyi dövrdə NATO nun ən müasir hərbi texnikası, hərbi sursatları Ukrayna ərazisinə gətirildi.
Rusiya ilə yaxın münasibətlər qurmağa çalışan Finlandiya NATO ya daxil olmaq barədə qərar verdi. Suverenliyi Rusiya tərəfindən təhdid olunan İsveç də NATO ya daxil olur. Bununla da yaxın aylarda Rusiyanın NATO ilə sərhədləri daha 1300 km. uzanacaq.
Putin Ukraynada denatsifikasiya, yəni hakimiyyətin dəyişməsi və demillitarizasiya, yəni Ukrayna ordusunun etkisiz hala gətirilməsi hədəflərini bəyan etmişdi.
73 gün ərzində Ukrayna hakimiyyəti inanılmaz səviyyədə möhkəmlənib. Ukrayna ordusu güclənib, hərbi arsenalı yeni, müasir silahlarla zənginləşib.
Rusiyanı iqtisadi baxımdan ayaqda saxlayan neft və qaz ixracından bu ölkəyə daxil olan vəsaitlərdir.
“Şimal axını 2” qaz kəməri donduruldu. Artıq Polşa və Bolqarıstan Rusiyadan enerji daşıyıcıları almayacaq, ilin sonunadək Avropa İttifaqı dövlətləri Rusiyadan neft və qaz idxalını durduracaq.
Putin rus, slavyan dünyasını birləşdirəcəyini bəyan edirdi.
Bəlkə də yaxın əsrlərin tarixində “rus dünyası” indiki qədər parçalanmış və düşmənçilik münasibətlərində olmayıb.
Rusiya dünya birliyi tərəfindən təcrid olunan, lənətlənən bir dövlətə çevrilib.
Rusiyanın bu vəziyyətə düşməsinin səbəbkarı nə Ukrayna, nə Avropa, nə də ABŞ-dır.
Rusiyanın indiki ağır durumunun səbəbkarı Putin və onun rəhbərlik etdiyi rejimdir.
*Yazı Müsavat Partiyasının başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.
Basta