Müsavat jurnalistə hücum edənlərin cəzalanmasını tələb edir

Müsavat Partiyası jurnalist Aytən Məmmədovanın hücuma məruz qalması ilə bağlı bəyanat qəbul edib.

 

Bəyanatda deyilir:

 

Mayın 8-də, saat 24 radələrində jurnalist Aytən Məmmədovaya yaşadığı binanın liftində  hücum edilib. Onun arxasınca liftə girən bir nəfər bıçağı boğazına dirəyərək, onu hədələyib və təhqir edib.

 

Müsavat Partiyası bu hadisəni Azərbaycanda jurnalistlərə qarşı təzyiqlərin davamı və ölkədə kriminogen durumunun pisləşməsinin nəticəsi kimi qiymətləndirir.  Bu cinayətin kimin tərəfindən törədilməsindən asılı olmayaraq,  Azərbaycanın hüquq mühafizə orqanları hadisəyə görə məsuliyyət daşıyır.  Müsavat partiyası Aytən Məmmədovaya qarşı hücum edən şəxsin məsuliyyətə cəlb olunmasını və bu barədə ictimaiyyətə məlumat verilməsini tələb edir.