Zelenskidən tük ürpədən çıxış

“Qələbəni kimsənin mənimsəməsinə imkan verməyəcəyik”

 

“Bu gün biz müharibə vəziyyətindəyik və heç kimə torpağımızdan bir parça da verməyəcəyik. Bu gün biz Nasizm üzərində Qələbə Gününü qeyd edirik və heç kimə tariximizdən bir parça da verməyəcəyik. Biz anti-Hitler koalisiyasının tərkibində digər xalqlarla birlikdə nasizmə qalib gəlmiş əcdadlarımızla fəxr edirik”.

 

“Və biz heç kimə bu qələbəni ilhaq etməyə imkan verməyəcəyik, onun mənimsənilməsinə imkan verməyəcəyik”, – deyə Zelenski Kiyevin mərkəzində boş Xreşatikdə tank əleyhinə kirpilərin fonunda  lentə alınan videomüraciətdə bildirib.

 

O, ukraynalıların bütün Ukraynanı nasistlərdən azad etdiyini və buna görə də qələbəyə inandığını bildirib: “Biz işğalçıları öz torpaqlarımızdan mütləq qovacağıq”.

 

“Fevralın 24-də Rusiya hücuma keçdi. Torpağımıza gələn hər bir işğalçı eyni aqibəti yaşayıb, bunların da sonu eyni olacaq”, – deyə Zelenski bildirib.

 

“Gec ya tez qalib gələcəyik. Orda, hətta nasizm, hətta birinci və ikincinin qarışığı olsa da, indiki düşmən kimi, biz qalib gələcəyik, çünki bu bizim torpağımızdır. Çünki biz hansısa çar üçün yox, fürer üçün yox, partiya və ya lider üçün yox,  Vətən üçün vuruşuruq”.

 

 

Basta