Müsavatdan tələb: Hakimiyyət qisascıl siyasətə son qoysun!
Mayın 16-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən “Basta” ya verilən məlumata görə, iclasda həftə ərzində görülən işlər və qərarların icrası barədə məlumat dinlənilib.
Divan üzvü Razim Əmiraslanlı rayon (şəhər) təşkilatlarında ümumi yığıncaqların və konfransların keçirilməsi barədə məlumat verib. Bu həftə ərzində daha bir neçə rayon təşkilatının yığıncaqlarının keçirilməsinin planlaşdırılması barədə məlumat verililib.
Ötən həftə Sabunçu, Nəsimi və digər rayonlarda keçirilən ümumi yığıncaqlar müzakirə olunub.
Olkədə və dünyada gedən siyasi proseslərlə bağlı fikir mübadiləsi aparılıb.
Divan 28 May – Respublika Günü münasibəti ilə mayın 28-i saat 12:00-da Novxanıda Cümhuriyyətin memarı Məhəmməd Əmin Rəsulzadənin xatirə abidəsinin qarşısında bayram tədbirinin keçirilməsi haqda qərar qəbul edib.
May ayının 14-də Bakı şəhərində “Kriminal dövlət istəmirik!” tələbi ilə keçirilən etiraz aksiyası müzakirə edilib. Aksiyanı təşkil edənlərin aksiyadan öncə və sonra saxlanılması və dinc aksiya iştirakçılarına qarşı zorakılıq halları pislənilib.
Müsavat Partiyası 14 may tarixli etiraz aksiyasının haqlı tələblərinin yerinə yetirilməsini tələb edir.
Başqan Arif Hacılı Aİ günü ilə bağlı Aİ-nin Bakıdakı səfirinin dəvəti ilə təşkil oluna tədbirdə iştirakı barədə məlumat verib.
Divanda dövlət xadimlərinə verilən imtiyazlı müavinətin qanuna zidd olaraq MSDM sədri İsa Qəmbərə verilməməsi hakimiyyətin siyasi rəqiblərinə qarşı qisasçılıq siyaəsəti kimi qiymətləndirib və belə siyasətin yolverilməz olduğu qeyd edilib.
İclasda VİP Sədri Əli Əliyevin azadlığa çıxmaq ərəfəsində xüsusi ittiham qaydasında yenidən məhkəməyə verilməsininin qanunazidd olduğu vurğulanıb. Əli Əliyevin təqib edilməsinə son qoyulması tələb edilib.
Sonda cari məsələlər müzakirə olunub.
Basta2.com