“Azovstal”ın müdafiəçiləri təxliyyə edilir
Ukrayna prezident Vladimir Zelenski bildirib ki, BQXK və BMT-nin vasitəçiliyi ilə aparılan danışıqlar sayəsində Mariupolda mühasirədə olan Azov polkunun hərbçiləri təxliyyə edilib.
221 əsgər dəyişdirilmək üçün işğal olunmuş əraziyə aparılıb, 53 ağır yaralı isə Donetsk ərazisindəki hospitala yerləşdirilib.
“Asan gün deyil. Amma bu gün də bütün digər günlər kimi ölkəmizi və xalqımızı qorumaq məqsədi daşıyır. Ukrayna hərbçilərinin gördüyü tədbirlər, Beynəlxalq Qızıl Xaç Komitəsi və BMT-nin vasitəçiliyi ilə aparılan danışıqlar sayəsində uşaqlarımızın həyatını xilas edə biləcəyimizə ümid edirik. Mən vurğulamaq istəyirəm ki, Ukraynaya ukraynalı qəhrəmanların sağ qalması lazımdır. Bu, bizim prinsipimizdir. Düşünürəm ki, hər bir adekvat insan bu sözləri başa düşəcək”-deyə, Zelenski vurğulayıb.
Basta