Moskvada “itən” Saxarovun heykəli Xankəndidə “tapıldı”
Dissident və hüquq müdafiəçisi Andrey Saxarovun Moskvadakı heykəli götürülüb.
“Memorial”ın məlumatına görə, Moskvadakı “Museon” incəsənət parkında olan bu abidənin yoxa çıxdığını ilk olaraq rəssam Katya Quşçina ictimailəşdirib.
Mayın 21-də isə Artsaxpress agentliyi həmin abidənin Qarabağda – Xankəndidə açılış mərasiminin keçirildiyi barədə məlumat yayıb.
Qeyd edək ki, son dövrdə Qarabağda Rusiya “izlərinin” yaradılması istiqamətində başqa tədbirlər də həyata keçirilib.
Rəsmi Bakı məsəlilə bağlı münasibət açıqlamayıb.
Basta