Müsavat başqanı və onun müavini Dublinə səfərə gediblər

Müsavat başqan Arif Hacılı və onun müavini Səxavət Soltanlı İrlandiya paytaxtı Dublinə səfərə gediblər. Partiyadan verilən məlumata görə, onlar Avropa Liberallar və Demokratlar İttifaqının (ALDE) Konqresində iştirak edəcəklər.

ALDE qrupu Avropa Parlamentinin ən böyük fraksiyalarından biridir. Qrup Avropa Parlamentində 100 deputatla təmsil olunur. Qrupa 43 ölkədən olan siyasi partiyalar daxildir. Müsavat Partiyası 2007-ci ildən ALDE-nin üzvüdür.

Basta