Bakıda NATO-nun təlimləri başladı

Bakıda “NATO-da əməliyyatın planlama prosesi” mövzusunda təlim kursu keçirilir.

Müdafiə Nazirliyinin yadığı məlumatda bildirilir ki, təlimdə dinləyicilərə NATO haqqında ümumi məlumat, ştat strukturu və əməliyyatların planlama prosesi ilə bağlı müxtəlif sahələr üzrə brifinqlər təqdim olunur.
Həmçinin mövzuya dair fikir mübadiləsi aparılaraq, praktiki qrup çalışmaları yerinə yetirilir.

Tədbir Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirilir.  Tədbir Milli Müdafiə Universitetinin tərkibində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda baş tutur. Təlimatçılar NATO-nun Niderland Krallığında yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupunun üzvləridir.

Basta