Müsavat başqanı Türkiyədə önəmli görüşlər keçirdi – Foto
Müsvat başqanı Arif Hacılı və onun müavini Səxavət Soıtanlının Türkiyəyə səfəri davam edir.
“Ankarada Türkiyə Cümhuriyyəti siyasət və dövlət xadimləri, partiya başqanları, millət vəkilləri ilə görüşlərimiz davam edir” – deyə Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.
Müsavat başqanı səfər çərçivəsində Məmləkət Partiyasının başqanı Müharrem İncə, Gələcək Partiyasının başqanı, sabiq baş nazir Əhməd Davudoğlu, Demokrat Partiyasının başqanı Gültəkin Uysal, İYİ Partiya başqan yardımçısı, millət vəkili Ridvan İz, Səadət Partiyası başqanı Temel Karamollaoğlu ilə görüşlər keçirib.
“Görüşlərimizdə Azərbaycan-Türkiyə münasibətlərinin bu günü və gələcəyi, həmçinin həmin partiyalala Müsavat Partiyasının əməkdaşlıq münasinətlərinin perspektivləri barədə ətraflı müzakirələrimiz oldu” – deyə, Arif Hacılı qeyd edib.