Brüsseldə müzakirələr başladı: Azərbaycanı Müsavat təmsil edir

Bu gün Avropa Parlamentində Şərq Tərəfdaşlığı ölkələriylə bağlı müzakirələr başlayıb. Müzakirələrdə Azərbaycanı Müsavat başqanı Arif Hacılı təmsil edir.

Bu haqda başqanın müavini Səxavət Soltanlı özünün feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, Avropa Parlamentində təşkil olunan bu müzakirələr əsasən 6 Şərq Tərəfdaşlığı ölkələrinə aid məsələlərlə bağlıdır. Həmin müzakirələrdə səslənən fikirlər, rəylər qarşıdan gələn günlərdə baş tutacaq Avropa İttifaqının toplantısında və NATO sammitinin diqqət mərkəzində olacaq.

Soltanlı bildirib ki, bu baxımdan Şərq Tərəfdaşlığı ölkələrindən olan əsas müxalif partiyaların rəyləri öyrənilir.

Bu müzakirələrdə Ukrainanı Zelenskinin mandat verdiyi siyasətçilər, Belarusu Tsixanouskayanın ofisindən xüsusi nümayəndə, Gürcüstanı parlamentdə təmsil olunan müxalif partiyalar, Moldovanın aparıcı partiyası, Ermənistandan Azərbaycanla sülh prosesinin nizamlanması işlərində Paşinyanın geniş səfir statusu verdiyi müxalif siyasətçi, Azərbaycanı isə Müsavat başqanı Arif Hacılı təmsil edir.

Bundan başqa, avropalı diplomatlar, səfirlər, ölkələr üzrə məruzəçilər, misiyya rəhbərləri, Avropa Siyasi Mərkəzinin baş müşaviri, Avropa Parlamentinin vitse prezidentləri, komissarlar, deputatları və digər şəxslər bu müzakirələrdə iştirak edəcək.

 

Basta