Rəhim Qazıyevə tutarlı cavab
Azərbaycan insanı nə qədər sadəlövh, unutqan, haya-küyə inanan olacaqsa, nəinki Tərtər qətliamını, hətta ondan da daha ağır günlər görəcəkdir…
Bir neçə gündür müşahidə edirəm sabiq müdafiə naziri Rəhim Qazıyev məhkəmələrin önündə Tərtər işi daxil bir çox məsələlərdə ədalət tələb edir.
Hörmətli Rəhim Qazıyev, ədalət sözünü dilə gətirmək üçün ilk öncə insan özü buna layiq olmalıdır. Bir neçə cümləlik sözlərimi sizin adınız və fəaliyyətiniz üzərində quracağam. Amma bilinməsi lazımdır ki, qeyd olunanlar zamanında sizin kimi düşünmüş və sizinlə eyni əməlləri bölüşmüşlərə də aiddir.
1993-cü ilin iyun qiyamı zamanı qanuni hakimiyyətin devrilməsində sizin də payınız var. Qanuni hakimiyyəti devirmək elə özü ədalətsizlik, hüquqi müstəvidə bir cinayət əməli idi. Sürət Hüseynov daxil sizin zehniyyətdaşlarınız Etibar Məmmədov, Şadman Hüseynov, Rəsul Quliyev, Nemət Pənahlı və bir çoxları yaşadığınız bu ədalətsiz rejimin memarlarısınız. Bu səbəbdəndir ki, tarix qarşısında cavab verirsiniz. Ədalət çığırırsınız, amma heç kəs bu haraya səs verəcək gücdə deyil. Yalanlarla yüklənmiş xalq da sizin kimi bəlaya düçar olub. Qanuni hakimiyyəti qiyam yolu ilə sizlər təhvil verdiniz, masqalanaraq, …, cilddən-cildə girərək. Bu gün işgəncə altında ölənlərin, xəyanətə qurban gedənlərin qanında bir cəllad payı da sizlərə məxsusdur. Cəlladlar hakimiyyəti qəsb edəndə siz də onlarla oldunuz, məmləkətimizin qan gölünə çevrilməsinə yol açdınız.
Dünya xoşbəxtlik üçün çalışanda, bizlər zəngin neft ölkəsində cəngəllik prinsipləri ilə idarə olunur, mühakimə kürsülərində yarqılanırıq.
Basta