Şri-Lankada etirazçılar ölkə prezidentinin iqamətgahını ələ keçirdi – Video

Aylardır iqtisadi böhranın davam etdiyi Şri-Lankada minlərlə etirazçı ölkənin ən böyük şəhəri Kolomboda toplaşaraq, prezident Qotabai Rajapaksanın iqamətgahını və ofisini ələ keçirib. Polis gözyaşardıcı qaz və havaya atəş açmaqla onların qarşısını almağa çalışsa da, nümayişçilər kordonu yarıb binalara giriblər. Şri-Lanka prezidenti, medianın məlumatına görə, təxliyə edilib və hərbçilərin mühafizəsi altındadır. İlkin məlumata görə, qarşıdurma zamanı 30-dan çox insan xəsarət alıb.

Şri-Lanka parlamentinin spikeri Mahinda Yapa Abeiwardena bildirib ki, prezident Qotabaya Rajapaksa ona iyulun 13-də istefa vermək niyyəti barədə məlumat verib.