Elman Quliyev: “Unuversitetdən qovulan tələbənin cəzası adekvat deyil”

Müsavat Gənclər Təşkilatının sədri Elman Quliyev Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi Pərviz Məhəmmədovun oxuduğu təhsil ocağından kənarlaşdırılmasına etirazını bildirib.

 

“Pərviz Məhəmmədovun onlayn dərs zamanı başına Azərbaycan bayrağı salaraq  ərköyünlük etməsi qəbuledilməzdir. Amma bu əmələ görə, onu tənbeh etmək olardı. Bu hərəkətdə məqsəd bayrağı təhqir etmək olmayıb. Ona görə Pərvizin Universitetdən qovulması, onun əməlinə adekvat olan cəza deyil” – deyə, Elman Quliyev bildirib.

 

MGT sədri qərarın ləğv olunması və tələbənin BDU-ya bərpa olunmasını tələb edir: “Əgər qərar ləğv olunmasa, biz onun hüqularının müdafiəsi üçün tədbirlərə başlayacayıq”.

 

Basta