Əziz Orucov: “Məni təhdid edən şəxsin şizofrenik obrazı formalaşdırılır”

 

Ayın 7-sində Sahil Bağında ailəmin yanlnda məni təhdid edən, ayın 9-da yenidən “28 Mall”ın yanında nümayişkaranə şəkildə arxamızca gəldiyini göstərən şəxs dünən gecə saatlarında DİN BŞBPİ tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Adamın barəsində isə artıq sosial şəbəkələrdə ŞİZOFRENNİK imici formalaşdırılır. Mənimlə əlaqə saxlayaraq özünü həmin şəxsin qardaşı kimi təqdim edən şəxs isə qardaşının hakimiyyətə ifrat sevgisinin olmasını və bu səbəbdən mənim dediyim ya yazdığım sözə görə məni təhdid eləməsini bildirdi.

Mən aparıcı deyiləm və mütəmadi efirlərdə görsənmirəm. Həmin şəxsi müxtəlif yerlərdə DƏFƏLƏRLƏ GÖRMÜŞƏM! Bu adamın siması mənə tanış gəlir. Həmin adamın məni “səbəbsiz” tanıması ağlabatan deyil. Mənim şəxsimin həmin adam tərəfindən tanınması real deyil. Lap real olsa da hansı ki, mümkün deyil bu şəxs məni tənqid etdiyim hansı məsələyə, harada səsləndirdiyim fikirə, hansı məmuru tənqid etdiyimə görə təhdid edir? Burda bir ehtimal qalır ki, bu şəxsin məni tanıya bilməsi 0 olsa da o adam “MƏN SƏNİ YAXŞI TANIYIRAM AMMA…” deyir. Deməli kimsə məni tanıdıb bu adama. Və bu da bütün hədləri aşaraq ailəmin yanında mənə “mesaj” verir.

Bir əqli xəstəliyi olan şəxsin ölkədə azad media təmsilçilərinə və ictimai fəallara qarşı hər hansı nifrətinin olması qətiyyən real deyil. Amma bu şəxsin kim və yaxud hansısa orqan tərəfindən yönləndirilməsi istisnadır.

Hadisənin arxasında kimin olması məsələnin ən əhəmiyyətli məqamıdır. İnanmaq istəyirəm ki, polis tərəfindən saxlanılan bu şəxsdən obyektiv və hüquqi formada aparılacaq istintaq nəticəsində hər şey bəlli olacaq, şəxs isə səmimiyyət göstərib tapşırıq aldığı adamın adını verəcək!

P. S. Şəxsi təcrübəmə söykənərək apardığım analizlərin nəticəsi bu diaqnozu müəyyən edir! Bu adamı məsuliyyətə cəlb etmək alınmayacaq, ÇÜNKİ bunu qoruyan naməlum əllər ölkədə çox gizli məqamlara dirijorluq edir!

 

Əziz Orucov, Kanal 13-ün rəhbəri