Ərdoğanın Paşinyanla danışıqları Türkiyədəki erməni icmasını ümidləndirib

Ermənistanın baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan arasında telefon danışığı Türkiyədəki erməni icmasının gündəminin əsas mövzusuna çevrilib.

Hraparak.am qəzetinin məlumatıma görə, Türkiyə Erməni Vəqfləri Birliyinin yaydığı bəyanatda bildirilir ki, Erməni fondları baş verənləri minnətdarlıq və ümidlə izləyir. Sənəddə qeyd edilir ki, bu danışıqlar Türkiyə ilə Ermənistan arasında simvolik körpü ola bilər.

“İcma hər iki ölkənin bütün sektorlarını məsuliyyətli hərəkət etməyə çağırır. İdarəçilik təcrübəmizlə biz bu tarixi dövrdə bütün imkanlarımızı səfərbər etməyə hazırıq”, – mesajda deyilir.

Basta